Peskov açıqladı: Rusiyanın nüvə doktrinasına düzəlişlər rəsmiləşdiriləcək
Bizi izləyin

MDB

Peskov açıqladı: Rusiyanın nüvə doktrinasına düzəlişlər rəsmiləşdiriləcək

Rusiya Federasiyasının nüvə doktrinasına düzəlişlərin hazırlanmasının başa çatdığı açıqlanıb.

Publika.az xəbər verir ki, bunu jurnalist Pavel Zarubinlə söhbətində Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Düzəlişlər hazırlanıb, indi onlar rəsmiləşdiriləcək", - Peskov bildirib.

Peskov bu cür tədbirlərin zəruriliyini “Ukraynadakı münaqişədə nüvə güclərinin Ukraynanın tərəfində iştirakı” və NATO infrastrukturunun Rusiya ilə sərhədlərə yayılması ilə əsaslandırıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin nüvə doktrinasına salınması üçün təklif etdiyi yeni müddəalar nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzünü birgə hücum kimi qiymətləndirib nüvə silahından istifadə oluna biləcəyini, həmçinin adi silahlardan istifadə edərək Rusiya və ya Belarusun suverenliyinə kritik təhlükə törədildikdə nüvə silahından istifadə edilməsini nəzərdə tutur.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm