MDB
Rus ordusu Kupyanska girdi: Xarkov uğrunda döyüşlər gedir
Rusiya hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərinə daxil olub və artıq birinci kvartalları ələ keçiriblər.
Publika.az xəbər verir ki, bunu hərbi ekspert, istefada olan polkovnik Anatoli Matviyçuk "Lenta.ru" ilə söhbətində bildirib.
“Rusiya ordusunun iki hərbi texnikasının Kupyanska daxil olması və birinci kvartalları ələ keçirməsi barədə məlumat yayılıb. Orada döyüşlər gedir. Bu, irəliləyişin getdiyini və Xarkovun ətrafı olan Kupyanskın güclü atəşə tutulduğunu göstərir”, - deyə Matviyçuk qeyd edib.
Polkovnikin sözlərinə görə, Kupyansk üzərində tam nəzarətin təmin edilməsi Xarkov yollarına nəzarət etməyə imkan verəcək:
“Kupyansk Xarkova gedən yollara nəzarət edir. Ona nəzarət Xarkov cəbhəsi üçün təhlükə yaratmağa imkan verir. Bundan əlavə, Kupyanskdan sonra Çuqevka gəlir, lakin indidən deyə bilərik ki, bizim qoşunlar Xarkov ətrafında hərbi əməliyyatlara başlayıblar”.
Adəm Abbaslı
-
Sosial20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
-
Yaxın Şərq15:05Netanyahu sağ imiş - İsrail ölüm xəbərini feyk adlandırdı
-
MDB14:21Daha bir dəhşətli müharibə statistikası - 1 həftədə 1530 aviabomba atdılar





































