MDB
Rusiyanı zəhərli duman bürüdü
Rusiya Federasiyasının subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhəri normadan artıq çirklənmə səbəbindən dumana bürünüb.
Publika.az xəbər verir ki, bu barədə "Mash Batash" Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, Çernikovka ərazisində noyabrın 28-i cümə axşamı günü havada izopropilbenzolun miqdarı normadan təxminən 10 dəfə çox olub. Qatı duman səbəbindən görmə qabiliyyəti azalıb, P-240 avtomobil yolunun 147-ci kilometrdən 169-cu kilometrədək olan hissəsi bağlanıb.
Başqırdıstanın Ekologiya Nazirliyi dumanın baş verməsini sakit hava ilə əlaqələndirib. Şəhər sakinləri yaranmış vəziyyətə görə fabrikləri günahlandırıblar. "Ultradesign" ağac emalı müəssisəsi şərh edib ki, noyabrın 25-dən Ufa və Ufa vilayətində ilk əlverişsiz hava şəraiti rejimi, 26 noyabr saat 10:00-dan isə ikinci rejim elan edilib.
Bu, havanın sakit olduğu dövrdür ki, bu da havada zərərli çirkləndiricilərin toplanmasına səbəb olur.
Adəm
-
MDB10:32Rusiya səmasında gərgin gecə: Rekord sayda dron hücumu dəf edildi
-
Avropa10:13Müharibə həyəcanı Baltikyanı ölkələrə çatdı: Əhaliyə "Sığınacaqlara girin" əmri verildi!
-
Avropa09:55Hava limanında müəmmalı insident: Uçuşlar dayandırıldı, polis axtarışlara başladı - FOTO
-
Sağlamlıq09:37Başqalarının "uğur vitrini": Sosial şəbəkələr özünəinamı necə sarsıdır?
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı


































