MDB
Moskva İrəvana bir daha xəbərdarlıq etdi: Sizin təhlükəsizliyinizi...
Ermənistanın təhlükəsizliyini yalnız KTMT təmin edə bilər.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov NEWS.ru- ya müsahibəsində deyib.
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, hər saniyə İrəvan KTMT-dən daha da uzaqlaşır. Hələ sentyabrda Paşinyan demişdi ki, İrəvan KTMT-dən Ermənistanın suverenliyi üçün yaratdığı təhlükəyə görə ayrılıb.
Cabarovun sözlərinə görə, Rusiya Ermənistanla bütün fikir ayrılıqlarını həll etməyə ümid edir.
“Prezidentimizin dediyi mövqeyə sadiqəm. Mən sadəcə olaraq görmürəm ki, KTMT-dən başqa, Ermənistanın təhlükəsizliyini xarici təhlükə zamanı kimin əvəz edə, kim təmin edə bilər”, - Cabarov deyib.
Cabarov ABŞ-ın İrəvan üçün yaxşı tərəfdaş ola biləcəyinə şübhə edib. O, Moskva əvəzinə Vaşinqtonla münasibətlər qurmağa çalışan Ukraynanı misal çəkib.
“Ümid edirəm ki, münasibətlərimizdə sağlam düşüncə qalib gələcək. Rusiya Ermənistan xalqının yeganə həqiqi dostu olub, belədir və belə də qalacaq”, - deyə rusiyalı parlamentari yekunlaşdırıb.
Tural
-
Nida Xəbər 18:12Ağdamda yeni hotel istifadəyə verildi - FOTO
-
Nida Xəbər 17:14Elşad Abdullayevə hökm oxundu
-
Sosial16:32Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi - Axtarışa verilənlər var
-
Rəsmi xronika15:48İlham Əliyev Xocalıya getdi
-
Dünya15:17Lüks mühacirət: Bəşər Əsəd Moskvadakı dəbli restoranda göründü
-
Region14:58Proqnozlar alt-üst olur: Türkiyədə illik inflyasiya arta bilər
-
Sosial14:03Müavinət, təqaüd və ünvanlı yardım alanlara ŞAD XƏBƏR: Həftənin sonuna kimi...
-
Avropa13:28Azərbaycanlı sürücü Almaniyanı qarışdırdı: Qəza törətdi, hadisə yerindən qaçdı və...




























