MDB
Ukraynada vəziyyət kritikdir: Düşmən qapını kəsdirib
Ukrayna müdafiə qüvvələri intensiv hücumlar, canlı qüvvə və artilleriya sahəsində Rusiyanın əhəmiyyətli üstünlüyü ilə üzləşir.
Publika.az xəbər verir ki, bu barədə məlumatı ISW (Müharibə Tədqiqat İnstitutu) yayıb.
Analitiklər öz hesabatlarında Pokrovski istiqamətində kritik vəziyyət haqqında yazırlar. Rusiya qoşunları Pokrovskdan cənubda, xüsusən Novıy Trud və Daçenskoye ərazilərində hücumlarını davam etdirir.
Müharibə təhlilçiləri deyir ki, bu cür manevrlər rus qoşunlarına Pokrovskdan təxminən altı kilometr uzaqlıqdakı mövqelərə çatmağa imkan verəcək.
Təhlilin ümümi mənzərəsi belədir: "Yaxın günlərdə düşmən (Rusiya nəzərdə tutulur) Şevçenkovoya hücum hazırlamaq üçün Novıy Trud və Daçenski arasında Ukrayna qüvvələrini mühasirəyə almağa cəhd edə bilər."
“Xortitsa” əməliyyat-strateji qoşun qrupunun nümayəndəsi polkovnik-leytenant Nazar Voloşin bildirib ki, uzun sürən toqquşmalar nəticəsində iki Ukrayna mövqeyi məhv edilib, biri isə itirilib.
"Hazırda mövqelərin bərpası istiqamətində tədbirlər görülür", - deyə o qeyd edib.
Ukrayna batalyonunun komandiri vəziyyəti “kritik” adlandıraraq, rus qoşunlarının Ukrayna mövqelərinə gündə 30 dəfəyə qədər hücum etdiyini, şəxsi heyətin və artilleriya sayına görə əhəmiyyətli üstünlüyə malik olduğunu vurğulayıb.
Qeyd olunur ki, Rusiya komandanlığı böyük itkilərə baxmayaraq, Pokrovski ələ keçirməyə çalışır. Son iki həftə ərzində Rusiya qüvvələri bu istiqamətdə 3000-ə yaxın əsgərini itirib.
Adəm Abbaslı
-
Hadisə19:00“TikTok”da qeyri-etik ifadələr işlədən Habil həbs edildi
-
Rəsmi xronika16:49Bu şəxslər 1000 manat cərimə olunacaq
-
Region16:46Futbol diplomatiyası: Lukaşenko İrəvana gələcək?
-
Rəsmi xronika16:24Prezident 4 fərman, 1 sərəncam imzaladı
-
Sosial16:22Bu tarixdə güclü günəş partlayışları gözlənilir
-
Nida Xəbər 15:25Generalın oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA
-
Səhiyyə14:48Dünyada dəhşətli virus yayılır - Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
-
Dünya13:18Ukrayna müharibəsinin həlli: Rusiya əsas şərtini açıqladı






































