MDB
Simonyan əl-ayağa düşüb: Matviyenko Ermənistana səfər edəcək?
Rusiyanın Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun gələn ilin fevral ayında Ermənistana səfəri gözlənilir.
Publika.az Ermənistan saytlarına istinadən xəbər verir ki, səfərin tarixi hələ dəqiq deyil, lakin son illərdə Ermənistan-Rusiya münasibətlərinin korlanmasında əli olan Milli Assambleyanın sədri Alen Simonyan Matviyenkonun səfərinin baş tutması üçün ciddi səy göstərdiyini bildirib.
Xatırladaq ki, Valentina Matviyenko sonuncu dəfə 2015 və 2020-ci ilin noyabrında Ermənistanda rəsmi səfərdə olub. Onun İrəvana səfər edəcəyi barədə söz-söhbətlər var idi, lakin bu səfərlər heç vaxt baş tutmayıb. 2 ay əvvəl isə Alen Simonyan Matviyenko ilə telefon danışığı aparıb və söhbət zamanı ilkin razılıq əldə olunub.
Adəm Abbaslı
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi

































