MDB
37 PUA məhv edildi - Müdafiə Nazirliyi
Rusiyanın regionları üzərində hava hücumundan müdafiə sistemləri bir gecədə Ukrayna Silahlı Qüvvələrinə məxsus 37 pilotsuz təyyarəni məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Ən çox sayda pilotsuz təyyarə Kursk və Krasnodar üzərində məhv edilib (hər birində 12). 7 PUA Bryanskda, 5-i Oryol üzərində məhv edilib. Azov dənizi üzərində daha bir pilotsuz uçuş aparatı məhv edilib.
Bildirilir ki, dron hücumundan sonra Oryol vilayətində yanacaq infrastrukturu obyektində yanğın lokallaşdırılıb. Oryol sakinləri sosial şəbəkələrdə bir neçə partlayış barədə məlumat veriblər. İlkin versiyaya görə, partlayışlar Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin neft bazasına hücum cəhdi ilə əlaqələndirilib.
Ukrayna Silahlı Qüvvələri dronlardan, raketlərdən istifadə etməklə Rusiyanın həm sərhəd, həm də arxa cəbhə bölgələrini müntəzəm olaraq atəşə tutur.
Adəm Abbaslı
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO





































