MDB
Kerç boğazında batan tankerin heyəti xilas edildi: ölən var - VİDEO/YENİLƏNİB
Kerç boğazında qəzaya uğrayan "Volqoneft 212" tankerindən 13 dənizçi xilas edilib, onlardan birində həyat əlaməti yoxdur.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Hazırda xilasedicilər fəlakətlə üzləşən digər tankerdən - “Volqoneft 239”dan dənizçiləri xilas etməyə başlayıblar.
***
"Mi-8 helikopteri Kerç boğazında batmaq üzrə olan "Volqoneft-212" tankerinə doğru yola çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Telegram" kanalında məlumat verilib.
“Gəmidə neft məhsulları olduğu məlumdur, sızma ilə bağlı məlumat dəqiqləşdirilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8-i xilasedicilərlə birlikdə hadisə yerinə uçub", - məlumatda deyilir.
"SHOT" "Telegram" kanalı Kerç boğazında iki yük gəmisinin qəzaya uğradığını bildirib. Güclü dalğalar sahildən bir neçə kilometr aralıda "Volqoneft-212" və Volqoneft-239"u vurub.
***
Rusiyanın “Volqoneft-212” tankeri Kerç boğazında qəzalı vəziyyətə düşüb.
Publika.az ölkə mətbuatına istinadən xəbər verir ki, buna fırtına səbəb olub.
Hadisə sahildən 8 km məsafədə baş verib. Belə ki, tankerin burun hissəsi qopub. 13 nəfərlik heyət hazırda gəminin arxa hissəsində yardım gözləyir.
"Volqoneft-239" tankerinin də fəlakətlə üzləşdiyi bildirilir. Bu tankerin göyərtəsində isə 14 nəfər var.
Hər iki tanker 4 tondan artıq mazut daşıyır.
Ləman
-
Sosial08:45Sosial şəbəkədə yeni qadağanı pozanın cəzası nə olacaq?
-
Sosial07:35Nikahdankənar əlaqələr artıq cinayət sayılır - Bu ölkədə
-
İdman07:15Ölümcül qəzadan sonra məşqlərə başladı
-
Qoroskop01:40Günün qoroskopu: Bədəninizin siqnallarına qulaq asın
-
Dünya01:00Kadırovun oğlu qəzaya düşdü: Həmzət Çimayev öldü? - YENİLƏNDİ
-
İdman00:35Bu tarix bayramlar sırasına daxil edildi - RƏSMİ
-
Sosial16 Yanvar 22:46Müəllimlərə ŞAD XƏBƏR
-
İKT16 Yanvar 20:48“X”in fəaliyyəti bərpa olundu - YENİLƏNDİ















.jpg)






.jpg)


.jpg)











