MDB
Rusiyada miqrantlara nəzarət qaydaları sərtləşdirilir - Martın 5-dən sonra...
Rusiyada polis əməkdaşları deportasiya rejiminə düşən miqrantlar üzərində dövlət nəzarəti çərçivəsində belə əcnəbilərin faktiki yaşadığı mənzil və digər yerlərə maneəsiz daxil olmaq hüququ əldə edəcəklər.
Publika.az xəbər verir ki, müvafiq normalar martın 5-də qüvvəyə minəcək qanunda nəzərdə tutulub.
Həmçinin polis əməkdaşları Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan məlumat və sənədləri, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri tələb edə, həmçinin banklardan deportasiya rejimində olan əcnəbinin bank hesablarının mövcudluğu və nömrələri, bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə məlumat ala biləcəklər.
Daxili İşlər Nazirliyinin əməkdaşları martın 5-dən etibarən bu rejimdə olan əcnəbi vətəndaşlar üzərində texniki vasitələrdən istifadə etməklə müşahidə apara biləcəklər. Bu norma həmçinin belə əcnəbilərə “Rusiya ərazisində qalmaqda yardım edən” fiziki və hüquqi şəxslərə də aiddir. Polis mobil cihazların və geolokasiya məlumatlarından, ödəniş sistemlərindən, üztanıma sistemində işləyən məlumatlardan istifadə etmək hüququna malik olacaq.
-
Magazin122:12
Zeynəb Xanlarova 43 il əvvəlki görünüşü ilə heyrətləndirdi - FOTO
-
Magazin121:48
"Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"
-
MDB21:36
Paytaxtda DƏHŞƏT - Hamilə sevgilisini qarnından güllələdi, özü isə...
-
İdman21:00
Faiq Rəcəbov vəfat etdi - FOTO
-
Magazin220:36
Ferdi Tayfurun dəfnində qalmaqal: söyüş söydülər, mübahisə etdilər
-
Dünya20:00
Jurnalist amansızlıqla QƏTLƏ YETİRİLDİ - Qatillər onun cəsədini...
-
Magazin119:36
Günay Moskvada belə dincəlir - FOTO
-
Nəqliyyat18:36
Metronun "Xətai" stansiyasında insident - Polis hərəkətə keçdi