Qazaxıstanda parlament buraxılacaq? - Tokayev deyir ki...
Bizi izləyin

MDB

Qazaxıstanda parlament buraxılacaq? - Tokayev deyir ki...

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qeyd edib ki, hazırda respublikada növbədənkənar parlament seçkiləri üçün heç bir ilkin şərt yoxdur.

Publika.az xəbər verir ki, ölkə başçısı bu barədə yerli mətbuata müsahibəsində deyib: “Məncə, növbədənkənar parlament seçkiləri üçün ilkin şərtlər hələ mövcud deyil”.

Tokayev vurğulayıb ki, seçkilər qanunla nəzərdə tutulmuş müddətdə baş tutacaq: “Parlament uzunmüddətli işə fokuslanıb”. Qazaxıstan prezidenti deyib ki, ölkə hökuməti “təsdiq edilmiş proqram və planlara uyğun fəaliyyət göstərir və tədricən müsbət nəticələr əldə etməyə doğru gedir”.

Qasım-Jomart Tokayev bildirib ki, mümkün növbədənkənar parlament seçkiləri ilə bağlı informasiya səs-küyü məqsədli şəkildə yaradılır: “Bizim yeni hökumətimiz işə başlayan kimi dərhal istefaya gedəcəyindən xəbər verirlər. Məncə, parlament üzvləri məhsuldar işləyir, vətəndaş və siyasi məsuliyyət nümayiş etdirirlər”.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm