MDB
Terror aktları hazırlayan 4 qadın saxlanıldı: Onları 30 ilə qədər həbs gözləyir - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sevastopol, Voronej və Rostov-na-Donu şəhərlərində Rusiyanın yüksək rütbəli hərbçilərinə və yanacaq-energetika obyektlərinə qarşı terror aktları hazırlayan Ukrayna xüsusi xidmət orqanlarının dörd qadın agentinin həbs edildiyini bildirib.
Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
"Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sevastopol, Voronej və Rostov-na-Don şəhərlərində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə və yanacaq-energetika obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş dörd qadın agenti aşkar edib", - xüsusi xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib.
Məlumata görə, məhbuslar Ukraynada atıcı silahlar, mina və partlayıcılarla işləmə, PUA-ya nəzarət və müşahidənin aşkarlanması üsulları üzrə təlim keçiblər.
"Onların yaşayış yerlərində aparılan axtarışlar zamanı xeyli miqdarda partlayıcı maddələr, partlayıcı maddələrin sintezi üçün kimyəvi prekursorlar, elektrik detonatorları, PUA-ların hazırlanması üçün təlimatlar, eləcə də Ukrayna kuratorları ilə əlaqə vasitələri götürülüb", - İctimaiyyətlə Əlaqələr Mərkəzindən qeyd olunub.
FTX-nin istintaq bölmələri qadınlara qarşı “terror cinayətləri” maddəsi ilə cinayət işi açıb.
"Saxlanılan şəxslərdən etiraflar alınıb. Onları 30 ilə qədər həbs gözləyir", - idarədən bildirilib.
Xüsusi xidmət əlavə edib ki, saxlanılan şəxslərə qanunsuz fəaliyyət göstərməyə kömək edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Saxlanılanların kimliyi və əməliyyatın digər təfərrüatları açıqlanmayıb.
Adəm Abbaslı

-
Sosial07:17
Bu gündən avanın temperaturu yüksələcək
-
İdman06:46
Əfsanə açıqladı: Trampın eks-gəlini ilə eşq yaşayır - FOTOLAR
-
Yaxın Şərq02:21
İsrail ordusu KABUSLA ÜZ-ÜZƏ - Əsgərləri dişləyən nədir? / FOTO
-
Art00:45
Balacaların sevimlisi olan aktrisa VƏFAT ETDİ - FOTO
-
ABŞ00:30
Vaşinqtonda Fidanla Rubio arasında görüş keçirilir
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gözlənilməz xəbərlər sizi sevindirə bilər
-
Magazin125 Mart 22:24
"Onlara yazığım gəlir" - FOTO
-
İnanc25 Mart 20:36
Ramazanın 26-cı günü: dua, imsak və iftar vaxtı