MDB
Rus kosmonavt yadplanetliləri çaya və yeməyə qonaq edəcəyini açıqladı

Hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) olan rusiyalı kosmonavt Aleksey Ovçinin maraqlı açıqlaması ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, o, yadplanetli ilə rastlaşarsa, əvvəlcə onu çaya və yeməyə qonaq edəcəyini bildirib.
Onun sözlərinə görə, bu halda söhbət elmdən deyil, rus qonaqpərvərliyindən başlayardı. “Biz ilk növbədə yadplanetlini yedizdirər, ona ləzzətli yeməklər və çay verərdik”, - kosmonavt deyib.
Ovçinin qeyd edib ki, kosmonavtlar yalnız bundan sonra yadplanetli qonağın məqsədini soruşarlar. Kosmonavt hesab edir ki, tərəflər bir-birini başa düşəcək və “bir çox maraqlı məsələləri həll edəcəklər”.
Rusiyalı kosmonavtlar Aleksey Ovçinin və İvan Vaqner ötən il sentyabrın 11-də amerikalı astronavt Donald Pettitlə birlikdə “Soyuz MS-26” kosmik gəmisi ilə BKS-ə gediblər.
Ləman

-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO
-
MDB09:12
Daha bir generala qarşı cinayət təqibi başladı: Nədə ittiham olunur?
-
Nida Xəbər 08:43
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Avropa07:47
Putin-Tramp danışıqlarından sonra Ukrayna PUA hücumlarına məruz qaldı
-
Sosial02:12
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA
-
Avropa01:41
Zelenskidən Tramp-Putin razılaşmasına İLK REAKSİYA: "Əmr verdilər ki..."
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Sürpriz hadisələr baş verə bilər