MDB
Ata ev işlərində ona kömək etməyən 20 yaşlı oğlunu güllələyib öldürdü

Rusiyalı kişi ev işlərində ona kömək etməyən 20 yaşlı oğlunu öldürüb.
Publika.az xəbər verir ki, “Sapa” "Telegram" kanalının məlumatına görə, hadisə Rusiyanın Komi Respublikasında - şimaldakı ucqar Xaryaqa kəndində baş verib.
Nahar zamanı 47 yaşlı Pavel ev işlərində ona kömək etməkdən imtina edən 20 yaşlı oğlu İvanı danlayıb. İvanın anası mübahisəni dayandırmağa çalışsa da, evdə dava düşüb. Qadın qonşuları köməyə çağırmaq qərarına gələrək küçəyə qaçıb və orada atəş səsləri eşidib. O, evə qayıdanda ərini və oğlunu qan içində görüb. Məlum olub ki, Pavel İvanın qarnına atəş açıb və daha sonra özünü güllələyib.
Hadisə yerinə təcili yardım gəlsə də, oğlanın həyatını xilas etmək olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər oğurluğa görə məhkum olunmuş ev sahibinin silah saxlamağa icazəsinin olmadığını müəyyən ediblər.
Faktla bağlı araşdırma aparılır.
Ləman

-
Nida Xəbər 08:43
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Avropa07:47
Putin-Tramp danışıqlarından sonra Ukrayna PUA hücumlarına məruz qaldı
-
Sosial02:12
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA
-
Avropa01:41
Zelenskidən Tramp-Putin razılaşmasına İLK REAKSİYA: "Əmr verdilər ki..."
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Sürpriz hadisələr baş verə bilər
-
MDB18 Mart 23:00
Televizorun pultu ilə sevgilisini ŞİKƏST ETDİ
-
Hadisə18 Mart 21:46
Şəkidə güclü MEŞƏ YANĞINI - Xeyli canlı qüvvə cəlb olundu
-
Magazin218 Mart 20:40
Tanınmış xəbər aparıcısı SAXLANILDI - FOTO