MDB
Erməni rejissor Rusiyadan qovulacaq: Görün kimə nifrət edir

“Rusiya veteranları” Ümumrusiya ictimai hərəkatı rejissor Sarik Andreasyanın Rusiya vətəndaşlığını almasının qanuniliyinin yoxlanılması xahişi ilə Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə "Abzats" məlumat yayıb.
“Biz Baş Prokurorluqdan vətəndaşlığın alınmasının qanuniliyi ilə bağlı araşdırma aparmasını, qanun pozuntuları aşkar edilərsə, onun ləğv edilməsini və deportasiya məsələsinə baxılmasını xahiş edirik”, - deyə fəalların müraciətində qeyd olunub.
Bundan əlavə, fəallar Andreasyanın bəyanatlarının Rusiya qanunvericiliyini pozub-pozmadığının yoxlanılmasını və onun ölkədəki mədəni fəaliyyətinin qadağan edilməsini istəyiblər.
Hərəkatın tələbləri Andreasyanın Moskva kino kollecində tələbələrlə mübahisə zamanı Andrey Tarkovskinin yaradıcılığına nifrət etməsi barədə bəyanatı ilə bağlıdır. Fəallar qeyd ediblər ki, rejissor “dağıdıcı mövqeyinə” baxmayaraq, Rusiya büdcəsindən 590 milyon rubl (11 milyon 508 min 734 manat) alıb.
Bundan əvvəl Dövlət Dumasının deputatı Dmitri Qusev mədəniyyət naziri Olqa Lyubimovaya Sarik Andreasyanın filmlərinin maliyyələşdirilməsini dayandırmaq təklifi ilə müraciət edib .
Adəm Abbaslı

-
Region14:57
İmamoğludan yeni mesaj: xalqa səslənərək elan etdi
-
Region14:19
Ədalət dəyənəyi ilə İmamoğluya hücum edirlər - Özgür Özəl
-
Hadisə13:59
Əli Kərimlinin mühafizəçisi saxlanıldı
-
Dünya13:22
İstanbulda etirazçılar bələdiyyə binasına girdilər - ANBAAN VİDEO
-
Avropa11:20
Leyen uğursuzluğa düçar oldu: ABŞ onun çıxışlarına məhəl qoymur
-
Dünya10:20
Papadan xəbər var: müqəddəs taxt-tacdan imtina...
-
Sosial09:55
Tanışınız, dostunuzun nömrəsindən mesaj gələ bilər... - DİN-dən xəbərdarlıq
-
Dünya07:55
İsrailin ən böyük hava limanına ballistik raket atıldı