MDB
Televizorun pultu ilə sevgilisini ŞİKƏST ETDİ

Rusiyasının şimal-qərb hissəsində yerləşən Kareliya Muxtar Respublikasının sakini sevgilisi ilə mübahisə etdikdən sonra cinayət işində təqsirləndirilən şəxs olub.
Publika.az xəbər verir ki, bu barədə muxtar respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb .
Zərərçəkmiş sevgilisi ilə dava edib və söz-söhbət zamanı kişi televizorun pultunu onun üstünə atıb. Cihaz qızın taxdığı eynəyə dəyib və şüşə qırıntıları onun gözünü zədələyib və tibbi yardıma ehtiyac olub. Xəstəxanada xəsarətlər sağlamlığa orta dərəcəli zərər kimi qiymətləndirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb, təqsirləndirilən şəxs günahını etiraf edib və əməlindən peşman olub. Onu 3 ilədək həbs cəzası gözləyə bilər.
Sonradan məlum olub ki, sevgililər artıq barışıblar.
Hüseyn İbadlı

-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım
-
Region23 Aprel 18:20
İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
-
Dünya23 Aprel 18:00
Süni intellekt İsaya da çatdı: Allahın "rəqəmsal oğlu" qiyamət günü ilə bağlı nə deyib?