MDB
Qazaxıstanın qərbində dron düşdü

Qərbi Qazaxıstan vilayətində pilotsuz uçuş aparatına bənzər əşya aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə “Кazinform” agentliyi regional polis departamentinə istinadən məlumat yayıb.
“Qərbi Qazaxıstan vilayətinin Polis Departamenti səlahiyyətli xidmətlərlə birlikdə Taskalı rayonunda xarici görünüşünə görə pilotsuz uçuş aparatına bənzər əşyanın aşkar edilməsi faktı ilə bağlı yoxlama tədbirləri həyata keçirir. Obyekt yaşayış məntəqələrindən uzaq, ucqar ərazidə düşüb və bütöv vəziyyətdə, görünən zədələr olmadan tapılıb”, – məlumatda deyilir.
Qurum hadisənin bütün hallarını araşdırır.
Fevralda eyni bölgədə pilotsuz uçuş aparatına bənzər obyekt aşkar edilmişdi. Onu Uyalı qəsəbəsində yerli sakinlər tapmışdılar. Bölgə polisi o zaman da hadisə ilə bağlı araşdırmaya başlamışdı.

-
Hadisə05:45
Partlayış olan evi iki gün əvvəl kirayə götürüblərmiş - VİDEO
-
Maraq dünyası05:15
Meyit tabutda oyana bilir? - Mif dağıldı
-
Sosial04:14
Vaxtı keçmiş yumurta yeyirik? - "Üzərində heç bir yazı qeyd olunmur"
-
Avropa03:43
Qutsul davasının təfərrüatları MƏLUM OLDU
-
Səhiyyə01:41
Ayağına prosedur etdirdi, aylardır irin axır - Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT
-
Magazin100:00
"İlhamə Quliyevanın cavabını verən yeganə mən olmuşam”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bunu sözlərlə ifadə etmək çətin ola bilər
-
İdman22 Aprel 23:36
Qalmaqallı boks gecəsi: Rəqibini nokaut etdi, məşqçisinə tüpürdü - VİDEO