Rusiya daha bir ölkədən dəstək aldı: Təhlükəsizlik toplantısına dəvət
Bizi izləyin

MDB

Rusiya daha bir ölkədən dəstək aldı: Təhlükəsizlik toplantısına dəvət

Rusiya Serbiyanı təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin görüşünə dəvət edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

“Biz serb dostlarımızı mayın 27-29-da Moskvada təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək nümayəndələrin 13-cü beynəlxalq toplantısında iştirak etməyi gözləyirik”, - deyə o bildirib.

Sergey Şoyqu Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin ilə görüşüb. Danışıqlar zamanı serb siyasətçi Rusiya hakimiyyətinin nümayəndələrini də əmin edib ki, Belqrad Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcək.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm