MDB
Ukrayna agenti Rusiyanın düz “mərkəzində” oturubmuş - FSB həbs etdi

Rusiyanın tənzimləyici orqanlarından birinin mərkəzi aparatının əməkdaşı dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb.
Publika.az xəbər verir ki, o, Kiyevə sərhəd bölgəsində sənaye və energetika obyektlərinin mühafizəsi tədbirləri barədə məlumat ötürüb.
Bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının nəzarət orqanlarından birinin mərkəzi aparatının əməkdaşını dövlətə xəyanətdə şübhəli bilərək saxlayıb. İstintaqın məlumatına görə, Rusiya vətəndaşı xarici dövlətin (Ukrayna) nümayəndələrinə Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə onlara köməklik göstərmək məqsədilə konfidensial əməkdaşlıq edib", - press-relizdə deyilir.
Qeyd olunur ki, saxlanılan şəxs “Rusiya Federasiyasının sərhədyanı ərazilərində sənaye və energetika obyektlərinin mühafizəsi üzrə aparılan işlər, habelə Rusiya Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi yerlər barədə məlumatı könüllü olaraq Ukrayna tərəfinə ötürüb”.
Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 275-ci “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi açılıb.
Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Tural

-
Qoroskop00:55
Günün qoroskopu: Yuxularınız sizə mesaj verəcək
-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım
-
Region23 Aprel 18:20
İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi