Sadır Japarovdan TARİXİ QƏRAR - Türk dünyasında daha bir problem çözüldü
Bizi izləyin

MDB

Sadır Japarovdan TARİXİ QƏRAR - Türk dünyasında daha bir problem çözüldü

Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla dövlət sərhədi xətti haqqında sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb .

“Qanun Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyasını müəyyən etmək və Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında Qırğızıstan-Tacikistan dövlət sərhədi haqqında Müqavilənin tanınması və ratifikasiyası üçün dövlətdaxili prosedurların həyata keçirilməsi məqsədilə hazırlanıb və qəbul edilib”, - deyə məlumatda bildirilir.

Müvafiq sazişi martın 13-də Bişkekdə Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon imzalayıblar. Digər məsələlərlə yanaşı, ölkələr iki ölkə arasında 2021-ci ildə kəsilən hava nəqliyyatını bərpa etmək barədə razılığa gəliblər.

Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu 984 km-dir. Onun delimitasiyası ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından davam edir.

Martın 19-da Qırğızıstan parlamenti Tacikistanla dövlət sərhədi haqqında sazişi ratifikasiya edib. Sənədi 85 deputat dəstəkləyib, bir deputat əleyhinə səs verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm