Rusiyanın bu hazırlığı almanları qorxuya saldı
Bizi izləyin

MDB

Rusiyanın bu hazırlığı almanları qorxuya saldı

Rusiya mayın 9-da keçiriləcək Qələbə paradında Silahlı Qüvvələrinin döyüş qabiliyyətini nümayiş etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri ekspertlərə istinadən yazıb.

"Kreml ideal döyüş vahidi kimi görünən şeyi ortaya qoydu - effektiv, praqmatik və ölümcül", - nəşrin müəllifləri öz fikirlərini bölüşdülər.

Qeyd edək ki, aprelin 14-də Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bəyan edib ki, Avropa İttifaqı Aİ-yə namizəd ölkələrə onların mayın 9-da Moskvada keçiriləcək paradda iştirakını dəstəkləmədiyini və iştirak etməyi planlaşdırmadığını bildirib. Onun sözlərinə görə, assosiasiyaya üzv olan müxtəlif ölkələrin nazirlərinin görüşündə qeyd olunub ki, Avropa tərəfdən Moskvada keçiriləcək paradda və ya təntənəli tədbirlərdə çox güman ki, heç bir iştirak olmayacaq.

Kallasın sözlərini şərh edən Slovakiyanın baş naziri Robert Fiko paradda iştirak edəcəyini bildirib və qeyd edib ki, heç kim ona bunu qadağan edə bilməz.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm