Rusiya bu sazişdən ÇIXDI
Bizi izləyin

MDB

Rusiya bu sazişdən ÇIXDI

Rusiya Barens dənizi sazişindən çıxıb.

Publika.az xəbər verir ki, Rusiya Barents dənizi ilə bağlı 2007-ci ildə Norveç, Finlandiya və İsveçlə imzalanmış müqaviləni denonsasiya etmək qərarına gəlib.

Müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.

Qeyd edək ki, sənəd bu dənizdə və Avro-Arktika regionunda əməkdaşlığın inkişafına kömək etməli olan Beynəlxalq Barents Katibliyinin yaradılmasını nəzərdə tuturdu.

Moskva, həmçinin fövqəladə halların qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahəsində birgə fəaliyyət haqqında 2008-ci il sazişindən də çıxıb. Bu müqavilə Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveçin daxil olduğu Barents Avro-Arktika Şurasının (BEAC) ölkələri tərəfindən imzalanıb. Rusiya isə 2023-cü ildə şuranı tərk etmişdi.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm