Həştərxanda bağ evində DƏHŞƏT - 5 uşaq yanaraq öldü
Bizi izləyin

MDB

Həştərxanda bağ evində DƏHŞƏT - 5 uşaq yanaraq öldü

Həştərxanda bağ evində baş verən yanğın zamanı beş uşaq yanaraq ölüb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb .

"Beşinci uşağın meyiti tapılıb. Uşaqların 4-11 yaşları var", - məlumatda deyilir.

Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına görə, ölən uşaqların anası evdə olmayıb; hazırda cinayət işinin başlanması məsələsi həll edilir. Hadisənin bütün şəraiti aydınlaşdırılır.

Bundan əvvəl regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirmişdi ki, mütəxəssislər Həştərxanın Kirovski rayonunda bağ evində və yardımçı tikilidə baş verən yanğını söndürürlər. Yanğın Kirovski rayonu, Olxovskaya küçəsi, 29 ünvanında baş verib.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin məlumatına görə, yanğın 65 kv.m sahədə qeydə alınıb. Moskva vaxtı ilə saat 01:57-də açıq atəşin söndürüldüyü elan edilib. Dörd uşağın cəsədinin tapıldığı bildirilir.

Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin 5 texnikası və 11 canlı qüvvəsi işləyirdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm