Simonyandan sensasion etiraf: Anadan bu anormallıqla doğulub
Bizi izləyin

MDB

Simonyandan sensasion etiraf: Anadan bu anormallıqla doğulub

RT-nin və “Russia Today” media qrupunun baş redaktoru Marqarita Simonyan ilk dəfə olaraq doğuşdan bəri sol yuxu arteriyasını itirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu nadir anatomik anormallıq, o, 30 yaşında olarkən təsadüfən aşkar edilib.

Simonyanın sözlərinə görə, həkimlər əvvəlcə müayinənin nəticələrinə inanmayıblar və arteriyanı axtarmağa davam ediblər, lakin nəticə olmayıb. Sonradan, o, diaqnoza baxmayaraq, "idrak cəhətdən qüsursuz" olduğuna dair mütəxəssislərdən dəfələrlə təəccüblü əminliklər eşidib.

"Artıq 15 ildir ki, mənə deyirlər ki, sən yaşaya bilməzsən, amma mən varam. Və bu faktın özü mənə ümid verir. Axı Tiqranın (Simonyanın əri, rejissor Tiqran Keosayan komadadır - red.) məsələsində tibb deyir ki, şanslar azdır. Amma Allahın iradəsinin nə olduğunu bilmirik. Bəs o, ayağa qalxıb bizə qayıtsa, necə?" – Simonyan qeyd edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm