Çingiz xanın oxları bu şəhərdə tapıldı
Bizi izləyin

MDB

Çingiz xanın oxları bu şəhərdə tapıldı

Rusiyada alimlər A.İ.Kıtmanova adına Yenisey Muzey-Qoruğunun kolleksiyalarını tədqiq edərkən Çingiz xanın Monqol İmperiyası dövrünə aid qədim məzarlıqdan artefakt aşkar ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Jukovskiy.Life” məlumat yayıb. Bildirilir ki, araşdırma zamanı Monqol dövrünə xas olan yastı ox uclarına, habelə yerli xalqlara xas olan sünbüllü uzun zirehli deşici oxlara rast gəlinib.

Tapıntıların bəzilərində yanma əlamətləri var ki, bu da onların yanğından sonra külün olduğu dağıdılmış dəfn yerindən götürüldüyünü göstərir.

"İlk dəfədir ki, bu əşyaları elmi ictimaiyyətə təqdim etmək imkanımız oldu. Onlar 1960-cı illərdən muzeyin anbarlarında saxlanılıb. Sonra təsadüfən, köhnə Sibir şəhəri olan Yeniseysk yaxınlığında tikinti zamanı bu ox uclarına və qeyri-adi "Y" formalı çəngələ rast gəlinib", - deyə muzeyin əməkdaşı Kseniya Siyuliyeva bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm