MDB
Rusiyada GÜCLÜ PARTLAYIŞ: fövqəladə vəziyyət elan edildi - ANBAAN VİDEO

Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonundakı sursat anbarında güclü partlayış baş verib.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə Vahid Dövlət Sistemi (RSChS) məlumat yayıb.
"Vladimir vilayətinin Kirjaç rayonunda fövqəladə vəziyyət elan edilib", - məlumatda deyilir.
Bundan öncə "Ehtiyatlı olun, xəbərlər" "Telegram" kanalı Vladimir vilayətinin Kirjaçski rayonundakı Barsovo kəndinin Rusiya Müdafiə Nazirliyinin arsenalı yaxınlığında baş verən partlayışlara görə boşaldıldığını yazıb. Qeyd olunub ki, Moskvadan Kirjaça gedən yol da bağlanıb.
Daha sonra Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev Kirjaç rayonunda partlayışın baş verdiyini təsdiqləsə də, heç bir təfərrüat açıqlamayıb. Onun sözlərinə görə, “məsuliyyətli xidmətlər hadisə yerində işləyir”. O, daha sonra ətraflı məlumatın veriləcəyini vəd edib. Rayon rəhbəri həmçinin medianı, bloggerləri və yerli sakinləri təhlükəsizlik baxımından, təsdiqlənmiş rəsmi məlumatlar dərc olunana qədər fövqəladə vəziyyətlə bağlı heç bir məlumat yaymamağa çağırıb.
"Mövcud qadağaları pozmağa görə cərimə var", - Avdeyev xəbərdarlıq edib.
Hüseyn İbadlı

-
Magazin122:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin121:12
Şəbnəmlə Vəfa barışdı
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
-
Magazin119:50
16 yaşlı Nuranəni öldürüb Kürə atan əri ilə bağlı QƏRAR VERİLDİ
-
Mətbəx18:55
Qurbağa əti Bakıda süfrəyə gəldi - Halaldır, yoxsa haram?
-
Nida Xəbər 18:36
Pakistanın Baş naziri Azərbaycana gəlir
-
Sosial17:59
Mikayıl Cabbarova yeni vəzifə verildi