“Rus evi”nin əməkdaşı saxlanıldı: Görün nə işlə məşğul imiş
Bizi izləyin

MDB

“Rus evi”nin əməkdaşı saxlanıldı: Görün nə işlə məşğul imiş

“Rusiya Evi” Qırğızıstan vətəndaşı olan əməkdaşı Natali Sekerinanın saxlandığını təsdiqləyib.

Publika.az xəbər verir ki, o, 2024-cü ilin iyul ayından təşkilatda işləyir və Oş filialının media ilə qarşılıqlı əlaqəsinə cavabdehdir. “RİA Novosti” yazır ki, “Rus Evi” onu vicdanlı və məsuliyyətli işçi kimi xarakterizə edir.

Təşkilatın mətbuat xidməti Natali Sekerinanın hüquqlarının və təhlükəsizliyinin qorunacağına əminliyini ifadə edib. Onlar həmçinin bütün halların müəyyən edilməsi üçün işin hərtərəfli və obyektiv araşdırılacağına ümid edirlər.

Eyni zamanda, “Rus Evi” Sekerina qarşı irəli sürülən ittihamların mahiyyəti barədə tam məlumatın olmadığını qeyd edib. O, xaricdə silahlı münaqişələrdə iştirak etmək üçün muzdluların cəlb edilməsində iştirakda şübhəli bilinir.

İşdə Sekerinadan başqa daha üç Qırğızıstan vətəndaşı da var.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm