MDB
Putin bunu Ukraynaya ilk dəfə təklif etdi: Moskvanın planı nədir?

Genişmiqyaslı müharibənin başlanmasından bəri birbaşa sülh danışıqlarına dair beynəlxalq çağırışlara baxmayaraq, Kreml həmişə “yox” cavabını verib. Lakin bazar ertəsi Rusiya prezidenti Vladimir Putin qərarından dönərək “Kiyev rejimi” ilə ikitərəfli sülh danışıqlarına açıq olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə “France24” yazlb.
Veronada yerləşən Beynəlxalq Təhlükəsizliyi Araşdırma Qrupunun Rusiya üzrə tədqiqatçısı Uill Kinqston-Koks deyib: “Kremlin son şərhləri 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxilədən sonra ilk dəfədir… Putin Ukrayna ilə danışıqlara hazırdır”.
London İqtisadiyyat Məktəbinin rusiyalı eksperti Geoff Hone deyib ki, Putin əsassız olaraq “neo-nasist rejiminin” lideri kimi təsvir etdiyi Ukrayna prezidenti Vladimir Zelenski ilə birbaşa danışıqlardan həmişə imtina edib.
Nəşr əlavə edib ki, Kreml hətta müharibənin əsas məqsədinin Ukrayna hökumətini devirmək və “nasist” təhdidlərinin qarşısını almaq olduğunu iddia edən təbliğat xarakterli mesajlar da yayıb.
Lakin jurnalistlərin qeyd etdiyi kimi, Rusiya prezidentinin bazar ertəsi geri dönüşü onun Zelenski haqqında fikirlərinin dəyişdiyi anlamına gəlmir. “Ukrayna hökuməti və ya Ukrayna hakimiyyəti ilə deyil, “Kiyev rejimi” ilə danışmağa hazır olduğunu deyərək, Putin “Zelenski hökumətinin legitim olmadığını aydınlaşdırmaq üçün” semantik seçim etdi”, - Hone izah edib.
Nəşr hesab edir ki, Putin kamikadze dronları zeytun budağı ilə dəyişə bilər, sadəcə olaraq ABŞ prezidenti Donald Trampa səy göstərdiyini sübut etmək üçün, çünki sonuncu danışıqlar prosesindən çəkilməklə hədələyib.
Bat Universitetinin politoloqu, Rusiya məsələləri üzrə ixtisaslaşmış Stiven Holl qeyd edib ki, o, Trampa Rusiyanın danışıqlara hazır olduğunu göstərmək istəyir.
Nəşr qeyd edib ki, Moskva artıq sübut edib ki, vədlərini yerinə yetirməyə borclu deyil. Keçən ay ABŞ-Ukraynanın tam və qeyd-şərtsiz atəşkəs təklifini rədd etdikdən sonra Putin həftə sonu sürpriz Pasxa atəşkəsi elan etdi. Lakin buna əməl olunmadı.
Bununla belə, ekspertlər ehtimal edir ki, Rusiya əslində Ukrayna ilə danışmağa hazır ola bilər.
Ola bilsin ki, Moskva sadəcə olaraq öz şərtləri ilə müharibənin sonunu təşkil etməyə çalışır.
Akqabay

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma