Ruslardan Türkiyə ilə bağlı QORXULU ANONS: Ara qarışacaq, işıqlar sönəcək
Bizi izləyin

MDB

Ruslardan Türkiyə ilə bağlı QORXULU ANONS: Ara qarışacaq, işıqlar sönəcək

Rusiyanın Türkiyədəki səfirliyi sosial media kanallarında mayın 1-də icazəsiz nümayişlərin keçirilməsi ehtimalı ilə əlaqədar soydaşlarını “ağıllı və ehtiyatlı davranmağa” çağıran bəyanat yayıb.

Publika.az xəbər verir ki, müraciətdə Rusiya vətəndaşlarına belə ictimai-siyasi hadisələrin baş verdiyi yerlərdən uzaq durmaq tövsiyə edilir.

Eyni zamanda, Türkiyədə son iki gündə sosial şəbəkələrdə İspaniya və Portuqaliya nümunəsi ilə 72 saat ərzində respublikada genişmiqyaslı elektrik enerjisinin kəsilməsinin baş verə biləcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb.

Qeyd edək ki, Türkiyə Prezidentinin Administrasiyası bu iddiaları təkzib edərək, enerji və kommunikasiya infrastrukturunda fövqəladə vəziyyətin olmadığını bildirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm