MDB
Alaudinov qaz boruları vasitəsilə Sudcaya girən döyüşçülərdən danışdı: Spesifik zəhərlənmə

Rus qoşunlarının borularla şəhərə daxil olduqdan sonra Kurskun Sudca şəhərini azad etdiyi “Potok” əməliyyatının iştirakçılarının əksəriyyəti artıq sağalıb və öz vəzifələrinə qayıdıblar.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Axmat” xüsusi təyinatlılarının komandiri, general-leytenant Apti Alaudinov bildirib.
"Potok” əməliyyatında bilavasitə iştirak etmiş döyüşçülərin əksəriyyəti artıq xidmətə qayıdıb. Onların bəziləri təəssüf ki, hələ də xəstəxanalarda qalırlar, çünki onlar bədənin çox spesifik zəhərlənməsindən əziyyət çəkirlər", - Alaudinov bildirib.
O xatırladıb ki, bəzi rus əsgərlərinə altı gün boruda qaldıqdan sonra zəhərlənmə diaqnozu qoyulub.
Aprelin 28-də Alaudinov bildirmişdi ki, “Potok” əməliyyatında iştirak edən “Axmat” xüsusi təyinatlı döyüşçülərinin əksəriyyəti müalicə olunur. O qeyd edib ki, onlardan bəzilərinin ağciyərləri və tənəffüs yolları zədələnib. Əməliyyat zamanı çoxsaylı yaralar alan əsgərlərin hücumu davam etdirdiyi məlum olub.
Martın 13-dək davam edən Sudca uğrunda döyüş zamanı Rusiya hərbçiləri əvvəllər qazın Avropaya vurulması üçün istifadə edilən boru kəməri ilə Ukrayna qoşunlarının arxa hissəsinə gizli şəkildə daxil olmaq üçün əməliyyat təşkil ediblər.
Tural

-
Dünya15:20
Ərdoğan Putin və Pezeşkianla danışdı, bu təklifi irəli sürdü
-
Magazin214:04
Milyarder Aleks Soros və Huma Abedin evləndi: Qonaqlar arasında görün kimlər olub - FOTOLAR
-
İdman13:53
Dünyanı şoka salan azərbaycanlı şahmatçı sensasiyalı qələbəsindən danışdı: Etiraf edim ki...
-
Region13:38
Ermənistan çıxılmaz vəziyyətdə: Yükləri İranda ilişib qaldı
-
Avropa13:08
Tarixdə ilk: Britaniya kəşfiyyatına gürcü qadın rəhbərlik edəcək
-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın
-
Yaxın Şərq10:36
İsrailin hücumuna görə bu ölkə günahkardır - Pezeşkian adını açıqladı