Yeltsin Mərkəzinin fəaliyyəti yoxlanılacaq: ŞÜBHƏLİ MƏQAM
Bizi izləyin

MDB

Yeltsin Mərkəzinin fəaliyyəti yoxlanılacaq: ŞÜBHƏLİ MƏQAM

Dövlət Dumasının deputatı Mixail Delyagin Yekaterinburq Yeltsin Mərkəzinin fəaliyyətini yoxlamağı xahiş edib.

Publika.az xəbər verir ki, "RİA Novosti" bu barədə parlamentarinin Ədliyyə Nazirliyinin rəhbəri Konstantin Çuyçenkoya, Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsevə, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova müraciətinə istinadən məlumat yayıb.

Müraciətə səbəb müxtəlif "Telegram" kanallarında Yeltsin Mərkəzində anti-Rusiya tədbirlərinin keçirildiyi mesajlar olub.

“Xahiş edirəm ki, nəşrlərdə təqdim olunan məlumatlar əsasında əsaslı araşdırma aparıb, işin mahiyyəti üzrə lazımi tədbirlər görüb mənə məlumat verəsiniz”, - deyə deputatın müraciətində qeyd olunub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm