MDB
Rusiyanın Kiyevə hücumu: Bu qədər insan ölüb - VİDEO

Xəbər verdiyimiz kimi, iyunun 17-nə keçən gecə Rusiyanın kütləvi hücumu nəticəsində ilkin məlumatlara görə, Kiyevdə 14 nəfər həlak olub, 55 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
"İlkin məlumatlara görə, Kiyevdə artıq 14 ölü var. Məlumat dəqiqləşdiriləcək", - Kiyev Dövlət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
O, zərbə dəyən yerlərdən birində olduğunu deyib. Qeyd edib ki, dağıntılar altında olan insanların axtarışı davam edir.
Hadisə yerindən olan videodan da göründüyü kimi, Kiyevdə çoxmərtəbəli yaşayış binasının bütöv bir girişi dağıdılıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, 40-dan çox mənzil dağılıb. "Dağıntılar altında insanlar ola bilər. Ölənlərin sayının arta biləcəyini istisna etmirik", - şəhər meri məlumat verib.
Daxili işlər naziri İqor Klimenko paytaxtın müxtəlif ərazilərində 27 məntəqənin atəşə tutulduğunu bildirib. Onların arasında yaşayış binaları, təhsil müəssisələri, mühüm infrastruktur obyektləri var.
"Ölənlərin sayı 14 nəfərə çatıb. Hazırda Kiyevdə 44 yaralı var", - nazir vurğulayıb. Onun sözlərinə görə, xilasedicilər insanları girişlərdən, mənzillərdən və dağıntılar altından çıxara biliblər.
Klimenko əlavə edib ki, Odessa vilayətində daha 6 nəfər, Kiyev və Çerniqov vilayətlərində isə hər biri 1 nəfər xəsarət alıb.
Adəm

-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı