Putin Şoyqunu bir ayda ikinci dəfə bu ölkəyə göndərdi: Məqsəd nədir?
Bizi izləyin

MDB

Putin Şoyqunu bir ayda ikinci dəfə bu ölkəyə göndərdi: Məqsəd nədir?

İyunun 17-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu prezident Vladimir Putinin xüsusi tapşırığı ilə Şimali Koreyaya gedib.

Publika.az xəbər verir ki, Şoyqu KXDR rəhbərliyi ilə, o cümlədən ölkə lideri Kim Çen Inla əvvəlki səfər, iyunun 4-də əldə olunmuş razılaşmaların icrası çərçivəsində danışıqlar aparacaq.

Bu barədə “"İnterfaks"a Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətindən bildiriblər.

Bu, Şoyqunun KXDR-ə son bir ayda ikinci səfərdir. Sonuncu iyunun 4-də baş verib. O zaman məlumat verilib ki, Təhlükəsizlik Şurasının katibi Kim ilə görüşüb Ukrayna cəbhəsindəki hazırkı vəziyyəti, yuxarıda qeyd olunan sazişin müəyyən bəndlərinin icrasını, habelə Kursk vilayətində döyüşmüş koreyalı əsgərlərlə bağlı məsələni müzakirə edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm