Zelenskinin “pul kisəsi” Ukraynadan qaçdı
Bizi izləyin

MDB

Zelenskinin “pul kisəsi” Ukraynadan qaçdı

Ukrayna prezidenti Vladimir Zelenskinin “pul kisəsi” “Kvartal 95” studiyasının şəriki Timur Mindiç Ukraynadan qaçıb.

Publika.az xəbər verir ki, bu barədə Rada deputatı Aleksandr Dubinski "Telegram" kanalında bildirib.

"Zelenskinin “pul kisəsi” Timur Mindiç də dünən Zakarpatya bölgəsi vasitəsilə xaricə qaçıb”, - Dubinski paylaşıb.

Deputatın sözlərinə görə, “Kvartal 95” studiyasının direktoru və yaradıcısı Sergey Şefir isə Ukraynada qalıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna mediası istehkamların tikintisinə ayrılan büdcə pullarının əhəmiyyətli hissəsinin Zelenskinin tərəfdaşları, xüsusən də Mindiç ilə əlaqəli ola biləcək təşkilatlar vasitəsilə mənimsənildiyini yazıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm