MDB
İrəvandan Kremlə xəbərdarlıq: Ermənistan KTMT və Aİİ-dən bu halda çıxacaq
"Rusiya respublikaya tədarük edilən qazın qiymətini artırmaq qərarına gələrsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq".
Publika.az-ın "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.
"Bu cür danışıqlar, məsələn, Ermənistan mallarının idxalı və ya qaz qiymətləri ilə bağlı danışıqlar yeni xəbər deyil. Deməliyəm ki, əgər onlar belə bir qərar qəbul etsələr, Ermənistan öz qərarını verəcək və birdəfəlik KTMT və Aİİ-dən çıxacaq", - deyə o qeyd edib.
"Amma düşünmürəm ki, məsələ bu nöqtəyə gəlib çatar, çünki bilirəm ki, iki ölkə liderləri arasında çox yaxşı və effektiv söhbət baş tutub", - Simonyan əlavə edib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar aprelin 1-də Moskvada baş tutub.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
