MDB
Dağıstanda dəhşətli fəlakət: 6 mindən çox insan...
Dağıstanda baş verən güclü sel və daşqınlar nəticəsində 6 200-dən çox insan zərərçəkmiş şəxs qismində tanınıb.
Publika.az xəbər verir ki, bu barədə respublika rəhbəri Sergey Məlikov "NTV" telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, regionda ötən həftəsonu müşahidə olunan yağıntının miqdarı tarixi maksimumu yeniləyib:
"Yağıntıların həcmi həqiqətən çox böyükdür, görünməmiş hadisədir. Tarixi maksimumda belə bir həcm müşahidə olunmayıb. Ümumilikdə 6 200-dən çox insan təbii fəlakətdən zərər çəkib. Təxminən eyni sayda fərdi yaşayış evi və həyətyanı sahəyə ziyan dəyib".
Region rəhbəri bildirib ki, hazırda respublikada 55 müvəqqəti yerləşdirmə məntəqəsi fəaliyyət göstərir və orada 700-dən çox insan sığınacaq tapıb. Daşqınlarla bağlı əməliyyat şəraitinin yaxşılaşmaya doğru getdiyini deyən Məlikov, infeksion xəstəliklərin qarşısının alınması üçün tədbirlərin görüldüyünü vurğulayıb.
Qeyd edək ki, martın 28-i, aprelin 4-ü və 5-də Dağıstana yağan güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub. Fəlakət nəticəsində yaşayış evləri, yollar və yarımstansiyalar su altında qalıb, 20-yə yaxın rayonda elektrik enerjisi kəsilib. Hadisə nəticəsində 3 nəfər həlak olub, faktla bağlı cinayət işi açılıb.
Müəllif: Adəm
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






















.jpg)














.jpg)