MDB
Danışıqlar bir neçə kvadrat kilometr ərazi üzərində gedir - Vens şad xəbəri elan etdi
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukraynadakı münaqişənin həlli ilə bağlı davam edən danışıqların kritik mərhələdə olduğunu açıqlayıb. O, tərəflərin mövqelərinin maksimal dərəcədə yaxınlaşdığını bildirib.
Publika.az xəbər verir ki, vitse-prezident hazırda müzakirələrin cəmi bir neçə kvadrat kilometr ərazi ətrafında getdiyini vurğulayıb.
“Müəyyən irəliləyişə nail olmuşuq. Əlbəttə, hələ yekun nəticə yoxdur, lakin kifayət qədər nikbinəm. Hazırda tərəflər bu və ya digər istiqamətdə konkret ərazilər üzərində mübahisə edirlər”, - deyə Vens qeyd edib.
O, söhbətin hansı konkret ərazilərdən getdiyini bildirməsə də, həm Rusiya, həm də Ukrayna tərəfinin təqdim etdiyi sənədlərlə tanış olduqlarını diqqətə çatdırıb. ABŞ rəsmisinin sözlərinə görə, tərəflərin sülh şərtləri zaman keçdikcə bir-birinə daha da yaxınlaşır.
Vens yekun sazişin dəqiq vaxtı barədə proqnoz verməkdən yayınıb, lakin prosesin müsbət məcrada irəlilədiyini xüsusi vurğulayıb.
Müəllif: Adəm
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






















.jpg)














.jpg)