MDB
Ukraynalı konsulun "rus sevgisi" baha başa gəldi - Səfir cəzalandırıldı
Ukrayna Xarici İşlər Nazirliyi ictimaiyyətin kəskin etirazından sonra keçmiş model Viktoriya Yakimovanın Dominikan Respublikasındakı fəxri konsul patentini geri çağırıb. Buna səbəb xanım konsulun keçmişdə çəkdirdiyi açıq-saçıq fotolar və Rusiyanın milli baş geyimi olan "kokoşnik"də verdiyi pozalar olub.
Publika.az "Ukrayinska Pravda"ya istinadən xəbər verir ki, nazirlik eyni zamanda V.Yakimovanın namizədliyini irəli sürən Ukraynanın Kubadakı səfirini də geri çağırıb.
Məsələ ilə bağlı açıqlama verən XİN qeyd edib ki, fəxri konsullar diplomatik xidmət orqanlarının ştatlı əməkdaşları sayılmırlar, dövlətdən maaş almırlar və Ukraynanın siyasi təmsilçiliyi funksiyasını daşımırlar.
Nazirlikdən bildirilib ki, seçimlər zamanı müvafiq yoxlamalar aparılsa da, ilkin mərhələdə onun Rusiya ilə əlaqələri və ictimai fəaliyyətinə dair heç bir etiraz qeydə alınmayıb. Lakin yaranmış böyük ictimai rezonans və əlavə araşdırmalardan sonra bu təyinatın ləğv edilməsi məqsədəuyğun sayılıb.
Müəllif: Adəm
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






















.jpg)














.jpg)