MDB
Ukraynalıların NATO-ya təəccüblü münasibəti: Dəstək yüksək, inam yox
Ukrayna vətəndaşlarının 68,9%-i ölkənin NATO-ya üzv olmasını dəstəkləyir. Bununla belə, respondentlərin 40%-dən çoxu Alyansa etimad göstərmir.
Publika.az xəbər verir ki, bu barədə “European Pravda” nəşri “Yeni Avropa” Mərkəzinin sifarişi ilə keçirilən sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Araşdırmaya əsasən, respondentlərin 54,7%-i NATO-ya güvəndiyini bildirsə də, 41,5%-i əks mövqedədir.
Sorğuda iştirak edənlərin NATO-ya etimadına ən çox təsir edən amillər arasında Ukraynaya göstərilən yardım - 18,5%, ölkə üçün təmin edilən müdafiə - 13,3% və təhlükəsizlik zəmanətləri - 11,8% yer alır.
Eyni zamanda, NATO-ya inamsızlığın əsas səbəbləri kimi Alyansın müharibə dövründəki davranışı göstərilir. Respondentlər hesab edir ki, NATO kifayət qədər dəstək vermir, yavaş və qətiyyətsiz hərəkət edir.
Açıq suallara verilən cavablarda isə əsas arqumentlər belə sıralanıb: “Ukraynaya yetərli yardım göstərilmir” - 16,5%, “çox danışır, az iş görür” - 13,5%, “fəaliyyətsizlik” - 11,0%, “özünü belə qoruya bilmir” - 9,1% və “müharibə hələ də davam edir” - 6,1%. Bundan əlavə, respondentlərin təxminən 6%-i heç bir səbəb göstərmədən NATO-ya etibar etmədiyini bildirib.
Qeyd edək ki, sorğu “Info Sapiens” tədqiqat agentliyi tərəfindən 2026-cı il martın 7-dən 20-dək - ABŞ prezidenti Donald Trampın NATO-dan mümkün çıxışla bağlı son açıqlamalarından əvvəl keçirilib. Tədqiqatda ümumilikdə 1000 respondent iştirak edib.
Müəllif: Adəm
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






















.jpg)














.jpg)