MDB
Zelenski xəbərdarlıq etdi: Sentyabra qədər hər şey dəyişə bilər
Ukrayna prezidenti Vladimir Zelenski qarşıdakı aylarda ölkəni gözləyən ciddi təhlükələrlə bağlı mühüm bəyanatlar verib. O, Rusiya deeskalasiya yolunu seçsə belə, Ukrayna üçün yaz-yay dövrünün həm siyasi, həm də hərbi baxımdan olduqca ağır keçəcəyini proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə Zelenski jurnalistlərlə görüşündə danışıb.
Onun sözlərinə görə, qarşıdakı aylar müharibənin gedişatında həlledici rol oynayacaq: "Hesab edirəm ki, aprel, may və iyun ayları onlar üçün əsas aylardır. Bu dövrdə üçtərəfli görüş keçirməyə çalışacaqlar. Düşünürəm ki, sentyabr ayına qədər bizim üçün çox çətin olacaq".
Zelenski bu çətinliyin səbəblərindən biri kimi ABŞ-dakı seçki prosesini göstərib. O bildirib ki, yaydan etibarən ABŞ daxili seçkilərə fokuslanacaq və bu, Ukraynaya beynəlxalq dəstək məsələsində siyasi-diplomatik təzyiqləri artıra bilər: "Yaz-yay dövrü siyasi və diplomatik baxımdan asan olmayacaq. Ukraynaya həm masada, həm də döyüş meydanında təzyiqlər ola bilər. Lakin biz milli maraqlarımızı və təhlükəsizliyimizi nəyin təmin edə biləcəyini yaxşı anlayırıq".
Ukrayna lideri, həmçinin builki NATO sammitinin əhəmiyyətinə toxunub. O, tərəfdaşların bu sammiti tarixi və qələbə sammitinə çevirmək imkanının olduğunu vurğulayıb: "Bu, onların real təhdidlərə nə dərəcədə məsuliyyətlə yanaşmasından asılıdır".
Müəllif: Adəm
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ





















.jpg)

.jpg)













.jpg)