MDB
Gözlənilməz gediş: Putin və Zelenski razılaşdı?
Rusiya və Ukrayna arasında davam edən müharibədə gözlənilməz "Pasxa atəşkəsi" gündəmə gəlib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna tərəfinin bu təşəbbüsə müsbət yanaşdığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Kreml Ukrayna lideri Vladimir Zelenskinin Rusiyanın nümunəsini izləməyə və Pasxa bayramı zamanı "sükut rejimi"nə əməl etməyə hazır olduğu barədə bəyanatını qeydə alıb.
"Dünən gecə saatlarda ali baş komandanın şənbə günü saat 16:00-dan bazar günü axşamədək atəşkəs elan edilməsi barədə əmri yayıldı. Bu, Pasxa atəşkəsidir. Biz həmçinin Zelenskinin Ukrayna tərəfinin bu nümunəyə tabe olacağı barədə bəyanatını da gördük" - deyə Peskov qeyd edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin aprelin 11-i saat 16:00-dan aprelin 12-si gecə yarısına qədər hərbi əməliyyatların dayandırılması barədə göstəriş verib. Zelenski isə bu təşəbbüsü şərh edərək müvafiq şəkildə hərəkət edəcəklərinə söz verib.
Müəllif: Adəm
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ





















.jpg)

.jpg)













.jpg)