MDB
Putin göstəriş verdi: 2030-cu ilə qədər...
Süni intellekt (Sİ) texnologiyaları 2030-cu ilə qədər Rusiya iqtisadiyyatının bütün sektorlarında geniş istifadə olunmalıdır.
Publika.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin göstəriş verib.
O, Sİ texnologiyalarının inkişafına həsr olunmuş iclasda bildirib:
"2030-cu ilə qədər Sİ əsaslı texnologiyalar və məhsullar istehsal, logistika, enerji, idarəetmə və təhsil də daxil olmaqla bütün sahələrdə istifadə olunmalıdır".
Dövlət başçısı həmçinin Sİ üçün effektiv hüquqi çərçivənin hazırlanmasının vacibliyini də vurğulayıb.
O qeyd edib ki, tənzimləmə qabaqcıl texnologiyaların inkişafına mane olmamalı, əksinə onların sürətləndirilmiş tətbiqinə kömək etməlidir.
Həmçinin, iclasda Putin Sİ-nin rəqəmsal platformalar və dronlarla birlikdə Rusiyada həyatın, o cümlədən müdafiənin simasını kökündən dəyişdirdiyini bildirib. O, həm ölkənin suverenliyinin, həm də dövlətin mövcudluğunun Rusiyanın sürətli texnoloji çətinliklər və dəyişikliklərlə ayaqlaşmaq qabiliyyətindən asılı olduğunu vurğulayıb.
Rusiya liderinin sözlərinə görə, yalnız öz süni intellekt dil modellərinin mövcudluğu ilə Rusiyanın müdafiə qabiliyyəti və milli təhlükəsizliyi təmin edilə bilər.
Ləman
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ





















.jpg)

.jpg)













.jpg)