MDB
İrəvan metrosunda casus qalmaqalı - Tunelləri çəkən kim olub?
İrəvan metrosunda diqqət çəkən hadisə baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb. Sayt tanınmış ictimai xadim Karen Hekimyana istinad edib. Hekimyan hadisə ilə bağlı deyib: "İrəvan metrosunun Barekamutyun stansiyasındakı polis məmuru Nşan Ermənistanın təhlükəsizliyinin qarantıdır. Mən metroda idim. Yanımda bir evsiz kişi əyləşmişdi. Əslində isə adı üzərində "evsizdir". O, o qədər də bədbəxt biri təsiri bağışlamadı. Əlində yaxşı bir telefon var idi. Hətta bu üstü-başı pis halda olan evsizin "Facebook" səhifəsi belə var idi. Bu adam internetdə axtarış üsullarından və müasir tətbiqlərdən necə istifadə etməyi bilirdi. İlk baxışdan adama belə gəlirdi ki, o, özünü "dəli" kimi təqdim edir. Amma digər tərəfdən, bu adam metro stansiyalarının və onları birləşdirən tunel və məkanların fotolarını peşəkarcasına çəkmişdi. Həmin "evsiz" kişi ehtimal ki, casusdur".
Karen Hekimyan qeyd edib ki, həmin müəmmalı şəxs metrodan Barekamutyun stansiyasında çıxıb.
"Mən eyni stansiyada dayanmış və soyadını deməkdən imtina edən Daxili İşlər Nazirliyinin polis məmuru olan Nşan adlı şəxsə yaxınlaşdım. Əvvəlcə ona metroda evsizlərin gəzməyinin yolverilməz olduğunu izah etdim. Bundan əlavə, bu "avara"nın hansısa tüfeyli həyat sürən deyil, ehtimal ki, casus olduğunu fikirlərimlə təsdiqlədim, gördüklərimid anışdım. Polis heç bir reaksiya vermədi. Polis sadəcə "yenilənmiş" nəqliyyat sistemində ödənişlərə nəzarət edirdi. Allah eləməsin ki, kimsə buradan keçəndə pul ödəməsin... Polis Nşan dərhal hadisə yerində peyda olacaq və cinayətkarı qanunun bütün sərtliyi ilə cəzalandıracaqdı. Artıq dediyim kimi, avara kimi gizlənmiş bir şəxsin Ermənistanın təhlükəsizliyini təhdid edə bilməsi polis Nşan üçün problem deyil",- o qeyd edib.
Müəllif: Tural
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ





















.jpg)

.jpg)













.jpg)