MDB
Aktotı Raimkulova Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış etdi
Aprelin 9-da Özbəkistanda İslam Sivilizasiyası Mərkəzində “Əmir Teymur və Teymurilər dövrünün dünya tarixində və mədəniyyətində rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Publika.az xəbər verir ki, tədbir Özbəkistan Respublikasının Prezidentinin "Əmir Teymurun anadan olmasının 690 illiyinin geniş qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirilir.
Konfransın açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova belə mötəbər tədbirin elmi dialoqun genişlənməsi, mədəni mübadilənin inkişafı və xalqlar arasında humanitar əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm platformaya çevriləcəyinə əminliyini ifadə edib.
Fondun prezidenti təşkilatın türk dünyasının zəngin mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq miqyasda tanıdılması istiqamətində sistemli fəaliyyət həyata keçirdiyini qeyd edib. Professor A.Raimkulova çıxışında Özbəkistanın Fondun tərkibinə tamhüquqlu üzvü kimi qoşulmasının və Türkmənistanın müşahidəçi statusu əldə etməsinin təşkilatın fəaliyyət imkanlarını daha da artırdığını bildirib.
Konfransın Əmir Teymur irsinin öyrənilməsi və qorunması istiqamətində yeni elmi əməkdaşlıqlara yol açacağını bildirərək, Özbəkistan rəhbərliyinə türk dünyasının ortaq irsinin araşdırılmasında göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə edib.
Konfransda müxtəlif ölkələrdən 300-ə yaxın alim, ekspert, diplomat və media nümayəndələri iştirak edir.
Tədbir çərçivəsində konfrans iştirakçıları Əmir Teymurun abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini dərin ehtiramla yad ediblər.
Konfransın sonunda Teymurilər irsinin beynəlxalq səviyyədə dərindən öyrənilməsinə və geniş təbliğinə yönəlmiş mühüm elmi tövsiyələr və birgə təşəbbüslər hazırlanacaq.
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ





















.jpg)

.jpg)













.jpg)