MDB
Dünya bu qəhrəmandan danışır: Karolina xilaskarı ilə görüşdü - FOTOLAR
Ukraynada davam edən dəhşətli müharibə mülki insanların həyatında ağır izlər buraxmaqda davam edir. Bəzən ukraynalılar öz qəhrəmanlarını cəbhədə deyil, məhz şəhər və kəndlərdə də görürlər. Bunlar var gücü ilə çalışan xilasedicilər, həkimlər və polislər olurlar.
Publika.az xəbər verir ki, hazırda xarici saytlar Odessada baş vermiş təsirli hekayəni qəhrəmanlıq nümunəsi kimi paylaşırlar. Belə ki, xilasedicilər şəhərin atəşə tutulmasından sonra dağıntılar altından çıxarılaraq həyata qaytarılan balaca qızla görüşüblər.
Aprelin 6-na keçən gecə Odessada Rusiya ordusuna məxsus dronlar yaşayış binasını hədəfə aldıqdan sonra mənzildə güclü partlayış baş vermişdi. Həmin vaxt iki yaşlı Karolina və onun hamilə anası dağıntılar altında qalıb. Xilasedicilər onları qısa dağıntılar altından uğurla çıxara biliblər.
Günlər sonra isə ailənin qəhrəmanına çevrilmiş xilasedicilər balaca Karolinaya baş çəkməyə gediblər. Xilasedicilərdən biri sadəcə onun durumunun yaxşı olduğuna əmin olmaq üçün ailəyə baş çəkdilərini deyib. Bu təsirli görüşlə bağlı fotolar sosial şəbəkələrin Ukrayna seqmentində geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı























.jpg)

.jpg)














.jpg)