MDB
Putin və Pezeşkian telefonla müzakirələr apardılar
Rusiya Prezidenti Vladimir Putin ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər. Telefon danışığı zamanı İran Prezidenti aprelin 11-də İslamabadda keçirilmiş İran–ABŞ danışıqları ilə bağlı qiymətləndirmələrini bölüşüb.
Məsud Pezeşkian, həmçinin, Vladimir Putini və Rusiyadakı pravoslav xristianları Pasxa bayramı münasibətilə təbrik edib.
Kremlin məlumatına görə, İran Prezidenti beynəlxalq platformalarda gərginliyin azaldılmasına yönəlmiş prinsipial mövqeyinə görə Rusiyaya təşəkkürünü bildirib. O, eyni zamanda, İran xalqına göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.
Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri də müzakirə olunub və Rusiya ilə İran arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində qarşılıqlı iradə təsdiqlənib.
Vladimir Putin isə Yaxın Şərqdə uzunmüddətli sülhün təmin olunması məqsədilə vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib. Kreml qeyd edib ki, Rusiya regionda ədalətli və dayanıqlı sülhün əldə olunması üçün tərəfdaşlarla aktiv təmasları davam etdirəcək.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı























.jpg)

.jpg)














.jpg)