MDB
Ukrayna üçün həlledici görüş - Merts və Zelenski masaya oturur
Almaniya və Ukrayna arasında hərbi-siyasi əlaqələrdə yeni mərhələ başlayır. Almaniya Kansleri Fridrix Merts ukraynalı həmkarı Vladimir Zelenski ilə Berlində mühüm görüş keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə "Tagesschau" nəşri məlumat yayıb.
Məlumata görə, danışıqlarda hər iki ölkənin bir neçə naziri də iştirak edəcək. Xüsusilə, Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Mixail Fyodorovla təkbətək görüşərək hərbi əməkdaşlığın detallarını müzakirə edəcək. Tərəflərin əsas müzakirə mövzuları təhlükəsizlik sahəsindəki mövcud vəziyyət, Ukraynanın NATO-ya üzvlük perspektivləri və Kiyevə göstərilən hərbi-maliyyə dəstəyinin artırılması olacaq.
Xatırladaq ki, bundan əvvəl Zelenskinin müharibənin həlli ilə bağlı danışıqları qəsdən yubatdığına dair iddialar yayılmışdı. Bəzi siyasi ekspertlərin fikrincə, Ukrayna hakimiyyəti ABŞ-da Konqres seçkilərindən sonra Vaşinqtonun siyasətində baş verə biləcək dəyişikliklərə ümid edərək vaxt qazanmağa çalışır.
Müəllif: Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı























.jpg)

.jpg)














.jpg)