MDB
Paşinyan bu erməniləri itə bənzətdi, ölkə qarışdı
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik daha da artır. Baş nazir Nikol Paşinyan parlamentdəki çıxışı zamanı müxalifət partiyalarının potensial seçiciləri haqqında sərt sözlər səsləndirməsi, onları "axmaq izdiham" adlandırması erməni cəmiyyətində birmənalı qarşılanmayıb.
Publika.az xəbər verir ki, ölkə ziyalıları, siyasətçilər, ictimai fəallar Paşinyanı qınayan açıqlamalar verir, ümumilikdə bu cür siyasi xaosla cəmiyyətin uçuruma sürükləndiyini deyirlər. Məsələn tanınmış erməni vəkil Raffi Aslanyan "Mamul" nəşrinə açıqlamasında deyib: "Ermənistan Respublikasının Baş naziri cəmiyyətin müxalifət təbəqəsinin əhəmiyyətli bir hissəsini it və alçaq adlandırdı. Ona görə də baş nazir onun tərəfdarlarının zombi və iyrənc adlandırılmasına təəccüblənməməlidir.
Çünki hakimiyyət ambisiyaları ilə hərəkət edən Paşinyan cəmiyyətdə parçalanmanın təməlini özü qoyub. Hazırda hər kəsə bir şey aydın görünür ki, yalnız Nikol Paşinyanın devrilməsi sosial həmrəyliyi və milli birliyi təmin edə bilər. O, genetik təbiəti və xasiyyəti ilə vətənimizin immun sistemini hədəf alan bir şər qüvvəyə çevrilib və bunun ən ciddi nəticələri hələ qarşıdadır".
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyun ayının 7-də keçiriləcək.
Müəllif: Tural
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı























.jpg)













