MDB
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanda siyasi gərginlik artmaqdadır.
Publika.az xəbər verir ki, daxili siyasətlə yanaşı ölkə rəhbərlərinin yürütdüyü xarici siyasət də erməni cəmiyyətini qane etmir. Belə ki, parlament seçkiləri öncəsi İrəvanla Moskva arasında yaranan yeni gərginlik müxalifətin, bəzi ziyalılar və siyasətçilərin tənqidinə səbəb olub.
Məsələn, "Mamul" nəşri yazır ki, Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan Nikol Paşinyanı İrəvanı Rusiyadan uzaqlaşdırdığına görə tənqid edib. O, açıqlamasında deyib ki, əgər Rusiya ilə münasibətlər dayandırılarsa, Ermənistan bir dövlət kimi mövcud olmayacaq.
"Mən hətta hərbi əlaqələr, Rusiyanın Ermənistanda hərbi mövcudluğundan bəhs etmirəm. Əgər Gümrüdəki hərbi baza ləğv edilib rus hərbçilər ölkədən çıxarılarsa, Ermənistan adlı dövlətin mövcudluğuna son qoyulacaq", - o, erməni cəmiyyətini xəbərdar edib.
Keçmiş baş nazir onu da qeyd edib ki, Rusiya ilə münasibətlərin dayandırılması ilə Ermənistanın ÜDM-i ən azı 24%, həyat səviyyəsi isə 36% azalacaq: "Belə bir mənzərə fonunda biz Avropadan heç bir kompensasiya da almayacağıq".
Baqratyanın sözlərinə görə, Paşinyanın Rusiyaya tərəf "tüpürməsi" Ermənistan əhalisinə olduqca baha başa gələcək. Baqratyan onu da əlavə edib ki, "bu, qəsdən edilən bir avantüradır".
Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında yeni siyasi gərginlik yaranıb. İrəvan Kremli ölkənin daxili siyasətinə qarışmaqda, qarşıdan gələn seçkilərlə bağlı siyasi proseslərə müdaxilədə ittiham edir. Rusiya isə Vladimir Putinin Paşinyanla son görşündə Moskvaya meylli olan müxalifətə dəstəyini gizlətmədi.
Müəllif: Tural
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)














.jpg)