MDB
Erməni jurnalist: "Qorxuram ki, sabah başımıza yeni fəlakət gətirələr"
Ermənistanda siyasi gərginlik artmaqdadır.
Publika.az xəbər verir ki, daxili siyasətlə yanaşı ölkə rəhbərlərinin yürütdüyü xarici siyasət də erməni cəmiyyətini qane etmir. Belə ki, parlament seçkiləri öncəsi erməni cəmiyyətində gərginlik daha da artıb. Müxalifət ilə yanaşı, bəzi ziyalılar, siyasətçilərlə yanaşı media nümayəndələri də ölkənin uçuruma doğru sürüklənməsindən gileylənirlər.
Məsələn, ermənilərin tanınmış jurnalistlərindən olan Sevak Hakobyan "Yerevan Today"də yayımlanan verilişdə baş naziri sərt şəkildə tənqid edərək deyib: "Nikolun hakimiyyəti təkcə təhlükəsizlik, siyasi və geosiyasi məsələ ilə bağlı deyil, həm də hər kəs üçün şəxsi, ailə məsələlərində də problemə çevrilib. Bu hakimiyyət 2018-ci ildən bəri Ermənistan-Rusiya münasibətlərini sınağa çəkir. 7 iyunda baş tutacaq seçkilərdən sonra hər şey məlum olacaq. Qorxuram ki, sabah başımıza yeni bir fəlakət gətirələr. Sonra isə xalqa belə deyəcəklər: başqa çıxış yolu yoxdur, ümid Türkiyə və Azərbaycanadır, aclıqdan, səfalətdən qaçmaq üçün onlara güzəştə getməliyik. Nikolun hökuməti təkcə təhlükəsizlik, siyasi və geosiyasi məsələ deyil, həm də hər kəs, hər bir ev üçün problemə çevrilir."
Hakobyan videonun sonunda deyib: "Hakimiyyət dəyişikliyi hava və su qədər vacibdir!"
Müəllif: Tural
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)














.jpg)