MDB
Rusiya tankerlərinin yolu kəsilməlidir! - Zelenski
Rusiyaya qarşı sanksiyaların zəiflədilməsi prosesinin davam etdirilməsi cəbhədəki və diplomatiyadakı real vəziyyətə uyğun gəlmir və Rusiya rəhbərliyində müharibəni davam etdirməyin mümkünlüyü barədə illüziyalar yaradır.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
Dövlət başçısı Rusiya tərəfindən həyata keçirilən son hücumların miqyasını açıqlayıb. Onun sözlərinə görə, təkcə bu həftə ərzində Ukrayna şəhərləri və yaşayış məntəqələrinə 2360-dan çox zərbə dronu, 1320-dən artıq idarə olunan aviabomba və müxtəlif tipli 60-a yaxın raket atılıb.
Zelenski vurğulayıb ki, Rusiya nefti üçün ödənilən hər bir dollar birbaşa müharibənin davam etdirilməsinə xərclənir:
"Moskvanın 'kölgə donanması"na məxsus 110-dan çox tanker hazırda dənizlərdədir. Onların göyərtəsində 12 milyon tondan çox Rusiya nefti var. Sanksiyaların zəiflədilməsi səbəbindən bu neft yenidən heç bir nəticə olmadan satıla bilir. Söhbət 10 milyard dollardan gedir ki, bu resurs birbaşa Ukraynaya qarşı yeni zərbələrə çevrilir".
Ukrayna lideri bildirib ki, Rusiya tankerləri limanlara neft çatdırmamalı, yolları kəsilməlidir:
"Ukraynanın "uzaqmənzilli sanksiyaları" məhz bu məqsədlə işləməyə davam edir. Mən hər bir döyüşçümüzə sərrastlığına görə, tərəfdaşlarımıza isə bu müharibəyə görə Rusiyaya təzyiqi artırmağa kömək etdikləri üçün təşəkkür edirəm".
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)














.jpg)